Baş Qərargah rəisi: Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq


Digərləri 17 Yan 2019 13:53:22 439 0

Baş Qərargah rəisi: Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq

İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

Bakı. Elçin Mehdiyev – İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib. O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması və məcburi köçkünlərin, qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsəlsinin həll olunmasını istəyir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin