Azərbaycan neft ixracını artırıb


Digərləri 17 Yan 2019 13:41:00 436 0

Azərbaycan neft ixracını artırıb

2018-ci il ərzində Azərbaycan 29,498 mln. ton miqdarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Son.az report-a istinadən xəbər verir ki, bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 15,719 mlrd. ABŞ dollarından çox olub.

Ötən il xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,78% təşkil edib.