Real-dan antirekord: son 6 ildə ilk dəfə


İdman 17 Yan 2019 12:10:00 562 0

Real-dan antirekord: son 6 ildə ilk dəfə

Real Madrid son 6 ildə ilk dəfə 10 məğlubiyyət həddinə çatıb.

Goal.az-ın məlumatına görə, antiyubiley ölkə kubokunun 1/8 finalında Leganes-lə səfər oyununa təsadüf edib. "Kral klubu" 0:1 hesabı ilə uduzmasına baxmayaraq, 1/4 finala yüksəlib. Bu, ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində baş verib.

2012-2013 mövsümündə Real Madrid bütün yarışlarda 11 dəfə məğlub olub. Növbəti məğlubiyyət bu antirekordun təkrarlanması anlamına gələcək. Hazırda paytaxt komandası La Liqada 33 xalla 4-cü pillədə qərarlaşıb.