Bakı Şəhər İcra Hakimiyyətidən daha bir xəbərdarlıq:


Digərləri 17 Yan 2019 13:26:52 378 0

Bakı Şəhər İcra Hakimiyyətidən daha bir xəbərdarlıq:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləyin yağıntı ilə müşahidə edilməsi ilə əlaqədar paytaxt sakinlərinə və sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin yağış və sulu qarla yağması ağacların kökünü yumşaldır. Bu isə ağacların aşma təhlükəsini daha da artırır: "Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Vətəndaşlar isə ağacların altında dayanmasın və ağacların yanından keçərkən olduqca ehtiyatlı olsunlar".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.