Dekabrda Azərbaycana gələn turistlərin sayı 1% artıb


Digərləri 17 Yan 2019 13:21:00 373 0

Dekabrda Azərbaycana gələn turistlərin sayı 1% artıb

2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.