Bakıda çantada silahla gəzən şəxs saxlanılıb (FOTO)


Digərləri 17 Yan 2019 12:51:09 365 0

Bakıda çantada silahla gəzən şəxs saxlanılıb (FOTO)

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.