Ramil Usubov daha bir rəisin yerini dəyişdi


Digərləri 17 Yan 2019 12:43:00 349 0

Ramil Usubov daha bir rəisin yerini dəyişdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir. 

Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.