İrana xarici valyuta keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb


Digərləri 17 Yan 2019 12:34:10 397 0

İrana xarici valyuta keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyan olunmayan, ümumilikdə 12 900 ABŞ dolları aşkarlanıb.