Kapital Bank Euromoney 2019 forumunda iştirak edir


Digərləri 17 Yan 2019 12:05:00 806 0

Kapital Bank Euromoney  2019 forumunda iştirak edir

Kapital Bank 15-16 yanvar tarixlərində Vyanada keçirilən 24-cü Euromoney - 2019 forumunda iştirak edir. Ənənəvi olaraq hər ilin əvvəlində maliyyə sektorunun ən nüfuzlu tədbiri olan Mərkəzi və Şərqi Avropa ölkələri forumu keçirilir.

Tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, eləcə də cari il üçün inkişaf planlarını açıqlayıblar. Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına köməklik edir.