“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib (FOTO)


Digərləri 17 Yan 2019 12:06:04 621 0

“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib (FOTO)

“PASHA Holding” investisiya qrupu PAŞA Bank-la birlikdə holdinqin qadın əməkdaşları ilə işin aparılmasına yönəlmiş və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramını təqdim edib.

Bakı. “PASHA Holding” investisiya qrupu PAŞA Bank-la birlikdə holdinqin qadın əməkdaşları ilə işin aparılmasına yönəlmiş və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramını təqdim edib. Proqram qadın sahibkarlardan və top-menecerlərdən ibarət “Azərbaycanın 100 işgüzar qadını” şəbəkəsi tərəfindən hazırlanıb və icra edilir. Tədbirdə çıxış edən “PASHA Holding”in baş direktorunun müavini, biznesə dəstək üzrə direktoru Şahin Məmmədov bildirib ki, “PASHA Holding” uzunmüddətli korporativ qadın liderliyi proqramını həyata keçirən ilk Azərbaycan müəssisəsidir: “Holdinq əməkdaşlarının yüksək səviyyəli korporativ mədəniyyəti ölkənin korporativ sektoru üçün nümunə ola bilər. “PASHA Holding” bütün qadın əməkdaşlarını bu proqramı karyeralar və peşəkar inkişaf baxımından yeni rakursdan nəzərdən keçirməyə və onun iştirakçısı olmağa çağırır”.