Əflatun Amaşov: Azərbaycana gətirilən çap məhsulları ƏDV-dən azad edilsin


Digərləri 17 Yan 2019 11:47:00 680 0

Əflatun Amaşov: Azərbaycana gətirilən çap məhsulları ƏDV-dən azad edilsin

Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçünxaricdən gətirilən çap məhsulları ƏDV-dən azad edilməlidir. Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: "Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin