SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq


Digərləri 17 Yan 2019 11:32:00 544 0

SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid zavodunun məhsullarının üçdə ikisini Türkiyəyə ixrac edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, "SOCAR karbamid zavodu regionun yeganə iri müəssisəsidir və məhsulun üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bundan başqa, biz Ukrayna və Gürcüstana ixrac planlaşdırırıq. Zavodun məhsulu beynəlxalq birjaya çıxarılacaq və "SOCAR Trading" tərəfindən əməliyyatlar keçiriləcək".