Sadio Mane: "Manchester City bizdən yaxşı deyil"
İdman 17 Yan 2019 11:31:00 759 0
Liverpool-un seneqallı hücumçusu Sadio Mane Premyer Liqadakı çempionluq yarışı haqqında danışıb.
Goal.az “The Sun”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu mövsüm çempion olacaqlarını deyib:
“İnsanların komandanı uğursuzluqda günahlandırmasını eşitmək asan deyil. Amma biz bunu görməzdən gəlirik və öz oyunumuza köklənirik. Liverpool bir neçə il əvvəl çempion olmaq üçün yaxşı şans qazanmışdı, amma bundan istifadə edə bilməmişdi. Mən həmin hadisənin bizi indi olduğumuz yerə gətirdiyini düşünməyi üstün tuturam. Keçən mövsüm Manchester City daha yaxşı olduğu üçün çempionluğu qazandı. İndi onlar hələ də yaxşıdırlarmı? Mən belə düşünmürəm. Bizim fantastik komandamız var və Manchester City bizdən yaxşı deyil. Mən daha yaxşı olduğunu düşünən hər kəsin fikrinə hörmət edirəm. Amma onlar səhv fikirləşirlər və biz bunu sübut edəcəyik. Liverpool böyük komandadır və biz bütün turnirlərdə qalib olmaq istəyirik. Mən əminəm ki, İngiltərə çempionu olacağıq və Premyer Liqanın ən yaxşı komandası olduğumuzu sübut edəcəyik”.