AQTAdan heyvan kəsimi ilə məşğul olan sahibkarlara dəstək vədi FOTO


Digərləri 17 Yan 2019 11:29:00 603 0

AQTAdan heyvan kəsimi ilə məşğul olan sahibkarlara dəstək vədi  FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 saylı Sərəncamın icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və satışı sahəsində işin daha səmərəli təşkil olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq tövsiyələr verilib. Bildirilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin təlabatını ödəmək üçün kəsim məntəqələri fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə həyata keçirməlidir.

Görüşdə AQTA sədrinin müavini Rəşad Mafusov heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. R. Mafusov bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.


Xəbərə aid fotolar