Azərbaycana keçməyə çalışan erməni Ermənistanda minaya düşdü FOTO


Dünya 17 Yan 2019 11:02:00 471 0

Azərbaycana keçməyə çalışan erməni Ermənistanda minaya düşdü  FOTO

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində Ermənistanın Tavuş vilayətinin sakini Arman Mikaelyan minaya düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində Mikaelyan ağır yaralanıb və Noemberyan xəstəxanasına çatdırılıb. Mina onun pəncəsini qopardığından həkimlər amputasiya əməliyyatı aparmalı olub.

Mikaelyan partlayışdan 2 saat sonra hadisə yerindən təxliyə olunub.

Sonradan həmin şəxsin ruhi xəstə olduğu məlum olub. O, sərhədə yaxınlaşaraq, tikanlı məftilləri olan çəpəri aşmağa çalışıb. Həmin an partlayış baş verib.


Xəbərə aid foto