Diqqət: bu yer təhlükə mənbəyidir FOTO


Digərləri 17 Yan 2019 10:40:00 687 0

Diqqət: bu yer təhlükə mənbəyidir  FOTO

Son.az xəbər verir ki, Bakıda güclü küləyin əsməsi nəticəsində Nəsimi rayonunda, A.A.Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki işıqfor dirəyi potensial təhlükə mənbəyinə çevrilib.

Belə ki, gecədən başlayaraq əsən güclü külək işıqforun dirəyini əyib, onun konstruksiyasında yerdən təxminən yarım metr hündürlükdə sınıq yaranıb.

Yerli sakinlərin Son.az-a verdiyi məlumata görə, həmin dirəyin üstündə çoxsaylı işıqforlar və nəzarət-müşahidə kameraları var və o, nəqliyyatın hərəkətinin intensiv olduğu yolun kənarında və ən əsası, düz yerüstü piyada zolağının üzərində yerləşir. "Bakıda ifrat təhlükəli hava şəraitinin hələ 2 gün davam edəcəyini nəzərə alsaq, bu dirəyin yerindən qoparaq nəqliyyat vasitələrinin və piyadaların üzərinə düşmə ehtimalı çox böyükdür. Ona görə də bununla bağlı müvafiq dövlət qurumlarından təcili şəkildə tədbir görülməsini, insanların təhlükəsizliyinin təmin olunmasını xahiş edirik!" -  deyə Son.az-a daxil olan məktubda qeyd edilir.

Pünhan Mirzə Son.az


Xəbərə aid fotolar