Qarabağ ilk oyunda uduzdu
İdman 17 Yan 2019 10:17:00 753 0
Antalyada təlim-məşq toplanışında olan Qarabağ ilk yoxlama oyununu keçirib.
Goal.az xəbər verir ki, Ağdam klubu Macarıstan təmsilçisi Uypeşt-lə qarşılaşıb. Uypeşt bu mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Neftçi-ylə qarşılaşmış, cavab matçında "ağ-qaralar"ı darmadağın edərək, mübarizədən kənarlaşdırmışdı.
“Gloria Sports Arena”da keçiriləcək matçda Ağdam klubu macarlara minimal hesabla uduzub.
“Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən bu qarşılaşma təxirə salınıb.
Yoxlama oyunu
16 yanvar
Qarabağ - Uypeşt (Macarıstan) 0:1
Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dani Kintana, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda, Bədavi Hüseynov, Donald Gerye
Mənbə: goal.az