Leonardo “hə” deyir, Qattuzo “yox”


İdman 17 Yan 2019 09:41:00 748 0

Leonardo “hə” deyir, Qattuzo “yox”

Milan-nın formasını geyinən Hakan Çalhanoğlunun Leipzig-ə transfer olunacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, türk futbolçu üçün son olaraq 20 milyon avro təklif edən Leipzig-in bu istəyinə Milan-ın idman direktoru Leonardo razılıq verib. Ancaq klubdakı gələcəyi məlum olmayan baş məşqçi Cennaro Qattuzo bu ayrılığa qarşı çıxıb. Buna baxmayaraq, Genoa-ın futbolçusu Kşiştof Pyatekin transfer ediləcəyi təqdirdə, Qattuzonun da razı salınacağı deyilir.

Bundan başqa, Pyatek üçün 40 milyon avro təklif etməyə hazırlaşan Milan-ın UEFA feyr-pley qaydaları səbəbiylə futbolçu satmağa məcbur olacağı bildirilir. Bu halda, Çalhanoğlu və Qonsalo İquaynın komandadan ayrılması dəqiqləşəcək.