ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA (VİDEO)


Digərləri 17 Yan 2019 09:50:00 657 0

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA (VİDEO)

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

Bakı. Ceyhun Ələkbərov - ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, faktla bağlı Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir. Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır: "Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu York şəhərinə, oradan da Vətənə göndəriləcək". Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.