İT xidmətlərinin qlobal satış həcmi artıb


Digərləri 17 Yan 2019 08:31:00 670 0

İT xidmətlərinin qlobal satış həcmi artıb

"IDC"-nin analitiklərinin məlumatına görə, 2018-ci ildə avadanlıq, proqram təminatı, telekommunikasiya və İT xidmətlərinin qlobal satış həcmi 3,7% yüksəlib ki, bu da ötənilki göstəricidən (4.2%) bir qədər azdır. Lakin analitiklər hesab edirlər ki, 2019-cu ildə artım 3%-i ötməyəcək.   Son.az ICTnews-a istinadən bildirir ki, son ildə rəqəmli qurğuların satış həcmi xeyli yüksəlib. Smartfonlar bazarının həcmi cihazların orta qiymətinin artması nəticəsində pul baxımından gözlənildiyindən çox böyüyüb, amma ədədi baxımdan bir çox ölkələrdə satış həcmi zəifləyib. Planşetlərin satışı əvvəlki kimi aşağıdır, amma analitiklər hesab edirlər ki, yaxın illərdə bir sıra ölkələrdə planşetlərin satış həcmi yenidən yüksələcək. Server avadanlığının satışları ilk növbədə bulud hipermiqyaslı məlumatların işlənməsi mərkəzlərinin geniş yayılması ilə əlaqədardır.