İran diri heyvan idxalına icazə verib


Dünya 17 Yan 2019 08:33:00 506 0

İran diri heyvan idxalına icazə verib

İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib.

Onun sözlərinə görə, İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.

Rəfiipur əlavə edib ki, bu istiqamətdə Avstraliya, Yeni Zelandiya və Braziliya kimi ölkələrdən xırdabuynuzlu heyvanların (qoyun və keçi) idxalı nəzərdə tutulub: