Abşeronda ferma yanıb


Digərləri 17 Yan 2019 08:28:00 652 0

Abşeronda ferma yanıb

Abşeronda rayonunda ferma yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 280 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) taxtadan ibarət arakəsmə divarları 90 m² sahədə və 40 m² sahəyə səpilmiş saman yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.