DGK sədri İtaliya səfiri ilə görüşüb


Digərləri 17 Yan 2019 08:18:00 670 0

DGK sədri İtaliya səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və İtaliyanın Rusiyadakı səfirliyində İtaliya Maliyyə Qvardiyasının eksperti, general Klaudio Ramponi ilə görüşüb.

DGK-dən Son.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan S.Mehdiyev iki ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, bütün sahələrdə qurulan əlaqələr dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etməkdədir. Gömrük sahəsində də qurulan səmərəli əməkdaşlıqdan söz açan S.Mehdiyev əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gömrüyünün Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində formalaşaraq dünya gömrük ailəsində özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.

Daha sonra ölkə başçısının gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlara toxunan Komitə sədri kağızsız texnologiyalar əsasında fəaliyyət göstərən Azərbaycan gömrüyünün ən müasir yenilikləri və tətbiqləri həyata keçirərək beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasına öz töhfəsini verdiyini bildirib. Vurğulanıb ki, islahatlar çərçivəsində şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, gömrük-biznes münasibətlərinin inkişafı istiqamətində atılan addımlar həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə sahəsində ciddi nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. O da qeyd olunub ki, fevral ayının 1-də etibarən idxal-ixrac əməliyyatları zamanı "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi həyata keçiriləcək və bu da məmur-vətəndaş təmasının minimum endirilməsinə, sərhədkeçmə prosesinin sürətlənməsinə və ticarətin daha da asanlaşdırılmasına imkan verəcək.

Azərbaycanın xarici ticarət dövriyyəsində ön sıralarda yer alan İtaliyanın ölkəmizin strateji ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən DGK sədri S.Mehdiyev iki ölkə arasında qurulan səmərəli əməkdaşlığa gömrük orqanlarının da mühüm töhfə verdiyini bildirib və qarşılıqlı münasibətlərin daha da güclənəcəyinə əminliyini ifadə edib.