İlahiyyat İnstitutunda hədisləri anlamaq metodları müzakirə olunub


Digərləri 17 Yan 2019 08:08:00 681 0

İlahiyyat İnstitutunda hədisləri anlamaq metodları müzakirə olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Hədisləri anlamaq metodları" mövzusunda seminar keçirilib.

Son.az bildirir ki, İnstitutun kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində İnstitutda ardıcıl olaraq "dəyirmi masa"lar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi rol oynadığını diqqətə çatdırıb. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov "Hədisləri anlamaq metodları" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hədis Məhəmməd Peyğəmbərin sözlərini, hərəkətlərini və nümunəvi davranışlarını əhatə edir.

V.Səmədov hədislərin dində dörd əsas funksiyasının olduğunu diqqətə çatdırıb: "Quranın əmr və qaydalarını izah etmək; qapalı hökmləri şərh etmək; ümumi mənaları xüsusiləşdirmək; Quranın hökm bəyan etmədiyi mövzularda hökm vermək".