Tbilisidə binada güclü partlayış: ölənlər var


Dünya 17 Yan 2019 07:15:00 447 0

Tbilisidə binada güclü partlayış: ölənlər var

Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "İmedi Klinika"sının həkimi hadisə zamanı ağır xəsarət alan dörd yaşlı uşağın xəstəxanada öldüyünü bildirib.

Səhiyyə naziri David Sergeyenko isə bildirib ki, xəsarət alan daha altı uşaq İaşvili adına klinikaya yerləşdirilib. Onlardan birinin vəziyyəti diqqət tələb edir.