İran diri heyvan idxalına icazə verib


Digərləri 17 Yan 2019 06:27:00 499 0

İran diri heyvan idxalına icazə verib

İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

Bakı. Elnur Bağışov - İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib. Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib. Onun sözlərinə görə, İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.