Günün qoroskopu: Soyuqqanlı, məntiqli olun


Digərləri 17 Yan 2019 00:01:00 620 0

Günün qoroskopu: Soyuqqanlı, məntiqli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işgüzar danışıqlar üçün əlverişli gün deyil. Əks tərəfdə özünüzə rəğbət hissi oyada bilmirsiniz. Mövqelərinizi arqumentlərlə möhkəmləndirin. Konstruktiv başlayan diskussiyalar az sonra mübahisəyə çevrilə bilər.

İradlar və tənqidlərdə ifrata varmayın. Əks təqdirdə həmsöhbətləriniz də sizə adekvat cavab verəcəklər.

Təmkinli və soyuqqanlı olun. Ruhdan düşməyin, pərişanlığa qapılmayın. Emosiyalarınızın öhdəsindən gəlsəniz, bir sıra problemlərdən qurtulacaqsıqız. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Sevdiyiniz insanın xoş sözlərini və məsləhətlərini eşitmək əhvalınızı yaxşılaşdıracaq.

Buğa - çətin və qarışıq olsa da, geri çəkilməyin. Qətiyyət və iradə sizə maneələri dəf etməyə, yeni müttəfiqlər tapmağa yardım edəcək. Həddən ziyadə çalışaraq özünüzü yormayın. Əks təqdirdə əhvalınız pisləşəcək, səhhətinizdə problemlər yaranacaq. Maliyyə problemləri yarana bilər. Alış-verişdə planlaşdırdığınız alışlardan imtina etməli olacaqsınız.

Səfər və ya səyahətdə ehtiyatlı olun. Sükan arxasında çox vaxt keçirməyin. Həmişəkindən fərqli olaraq, bu gün yolda fikirli ola bilərsiniz.

Axşam saatlarını sakit istirahətə həsr edin. Ünsiyyəti yalnız ən yaxın insanlarla məhdudlaşdırın.

Əkizlər - sakit və soyuqqanlı qalmaq çətindir. Günün istənilən hadisələrinə çox sərt reaksiya verməyin. Hadisələrə sərt reaksiya verərək yaxın ətrafınızdakı insanları pərişan etməyin. Belə davranış ünsiyyətdə problemlər yarada bilər. Başladığınız işləri yarımçıq qoyaraq onları unutmayın. Yorulsanız da, çalışın.

Günün maliyyə fonu əlverişlidir. Gəlirlər olacaq. Alış-veriş üçün münasib gündür. Yeni praktiki bilik və bacarıqlar əldə edin. Yaradıcılıq potensialınızı reallaşdıra bilərsiniz.

Xərçəng - ünsiyyət üçün əlverişli gün deyil. İşgüzar danışıqlar və fərdi müzakirələr yaxşı keçmir. Münaqişəyə yol verməmək üçün fikrinizi söyləmək istəmirsiniz. Amma bu, yaxşı heç nə vəd etmir. Yerinə yetirə bilməyəcəyiniz öhdəlikləri boynunuza götürməyin, boş vədlər verməyin. Mənasız və çox usandırıcı fəaliyyətə qatılmayın.

Hüquqi və maliyyə məsələlərini həll etmək, əmlak bölgüsü ilə bağlı nüansları müzakirə etmək üçün əlverişli zaman deyil.

Axşam saatlarında aktiv istirahəti seçin.  

Şir - çoxsaylı yeni ideyalar yaranır. Lakin onların tam əksəriyyəti ilk baxışdan göründüyü təki yaxşı deyil. Problemlərin effektiv həllini tapmaq asan deyil. Ən sadə və kiçik məsələləri həddən artıq mürəkkəbləşdirməyin. Sınanmış metodlardan imtina etməyin. Ehtiyac olmayan təqdirdə eksperimentlər aparmayın.

Özünüzə həddən ziyadə güvənsəniz, işlərinizdə ciddi səhvlərə yol verəcəksiniz.

Axşam saatlarına mühüm heç nə planlaşdırmayın. Həmin saatlarda diqqəti cəmləmək çətindir.

Asan, amma maraqlı işlərlə məşğul olun.

Qız - ictimai fəaliyyət üçün əlverişli zamandır. Ümumi maraqları olan insanları bir araya gətirərək qarşılıqlı faydalı əməkdaşlığa başlamaq olar. İşgüzar danışıqlar və müzakirələr pis keçməyəcək. Peşəkar fəaliyyət müstəvisində irəliləmək şansları var.

Mühüm məsələləri müzakirə etmək, qərarlar qəbul etmək olar. Səhvə yol verməyin. Davranış stilini dürüst seçin. Minimum informasiyaya malik olsanız da, düzgün qərarlar verin. Axşam saatlarını yaxınlarınızla ünsiyyətə həsr edin.