Beyninizi 7 günə gəncləşdirin! Alman professorun möhtəşəm proqramı


Digərləri 16 Yan 2019 23:51:00 675 0

Beyninizi 7 günə gəncləşdirin!  Alman professorun möhtəşəm proqramı

1 həftədə beyninizi gəncləşdirmək istəyirsiniz? Bu çətin deyil!

Son.az medicina.az-a istinadən alman professorun 65 yaşdan artıq 1000 nəfər üzərində sınaqdan keçirilmiş proqramını təqdim edir: 

Birinci gün

Səhər işə velosipedlə, piyada və çalışın hər dəfə fərqli marşrutla gedin. Axşam yeməyində isə yağlı balıq yeyin.   İkinci gün Lüğətdən bilmədiyiniz sözləri öyrənin və  bu kəlmələri gün boyu söhbət edərkən cümlədə istifadə etməyə çalışın. 

Üçüncü gün

Pilates, yoqa, meditasiya və ya musiqi ilə məşğul olun. Tanımadığınız insanlarla ünsiyyətə girin. Axşam evə gəldikdən sonra bu söhbətlərin yaddaşınızda nə dərəcədə qaldığını yoxlayın.  

Dördüncü gün

İşə gedərkən, daha əvvəllər istifadə etmədiyiniz yolla gedin və yolları qarışdıraraq uzadın. Axşam isə yolda diqqətinizi nələrin çəkdiyini qeydə alın. Televizorda təbiət haqda sənədli film və ya iqtisadiyyat proqramlarını izləyin. Səhər filmin və verilişin məzmununu xatırlayaraq yaddaşınızda nələrin qaldığını yoxlayın.