Azərbaycanın ən yaşlı sakini vəfat etdi 38 nəvəsi, 72 nəticəsi var...


Digərləri 16 Yan 2019 23:42:00 654 0

Azərbaycanın ən yaşlı sakini vəfat etdi  38 nəvəsi, 72 nəticəsi var...

Şimal regionunda ən yaşlı seçici və yaşlı şəxs kimi siyahıya düşən, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirova bir neçə gün öncə dünyasını dəyişib.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a onun böyük oğlu Zöhrab Dəmirov məlumat verib.

Xatırladaq ki, bir əsrdən çox ömür yaşayan Nəcimə nənə ötən il keçirilən prezident seçkilərində ən yaşlı seçici kimi öz səsini verib. Mətbuat orqanları neçə illər ərzində Nəcimə nənənin səsverməsini işıqlandırmaq istəsə də, o, heç vaxt buna razı olmamışdı. Amma ötən ilki seçkilərdə səsverməsinin işıqladırılmasına razı olmuşdu.