Hər mətbəxdə olan xərçəngin 7 düşməni


Digərləri 16 Yan 2019 23:33:00 529 0

Hər mətbəxdə olan xərçəngin 7 düşməni

Təbiət insana sağlam olmaq, xəstəliklərin qarşısını almaq üçün saysız vasitələr bəxş edib.

Adi su, meyvələr, tərəvəzlər, ədviyyatlar, otlar bizi bir çox xəstəliklərin inkişafından qoruyur.

Qadınlar çox təəccüblənəcəklər bilsələr ki, hər mətbəxdə güclü xərçəng əleyhinə vasitələr tapmaq mümkündür.

Son.az saglamolun.az-a istinadən bəzi belə vasitələri təqdim edir

1. Tomat pastası

Likopin maddəsi sayəsində bu məhsul bizi həm xərçəng, həm də ürək-damar sistemi xəstəliklərdən qoruyur.

2. Sarıkök

Son zamanlar dünyada sarıköklə bağlı çoxlu sayda elmi araşdırmalar aparılıb. Bu araşdırmalar sarıkökün çoxsaylı müalicəvi xüsusiyyətlərini aşkar edib. Güclü virus, mikrob və iltihab əleyhinə təsirə malik olan sarıkök həmçinin xərçəng xəstəliklərinin riskini də azaldır.

3. Qara istiot

Bu ədviyyatın da güclü iltihab və xərçəng əleyhinə xüsusiyyətləri var. Mütəxəssislər qara istiotu sarıköklə birlikdə istifadə etməyi tövsiyə edirlər. Bu zaman onların orqanizmə olan müsbət təsiri daha da güclənir.