Antidepressantlar insanın şəxsiyyətini dəyişir Hamilə ikən içdiklərinizə DİQQƏT!


Digərləri 16 Yan 2019 23:36:00 673 0

Antidepressantlar insanın şəxsiyyətini dəyişir  Hamilə ikən içdiklərinizə DİQQƏT!

Son dövrlərdə antidepressantların qəbulundan sonra insanın şəxsiyyətinin dəyişdiyi haqda bir sıra məlumatlara rast gəlinir. 

Son.az medicina.az-a istinadən bildirir ki, ABŞ-da keçirilən kiçik bir araşdırmanın nəticəsində məlum olub ki, bu dərmanlar uşağın beynində bir sıra koqnetiv və emosional problemlər yarada biləcək dəyişikliklər meydana gətirə bilər. 

Tədqiqat zamanı anaları hamiləlik zamanı antidepressant qəbul edən 16 yenidoğulmuşun beyni analiz edilib. Paralel olaraq da, anaları onlara hamilə olan zaman depressiyadan əziyyət çəkən, lakin heç bir dərman qəbul etməyən 21 və anaları hamiləlik zamanı depressiyadan əziyyət çəkməyən 61 körpə müayinə edilib.

Araşdırma göstərib ki, dərman qəbul edən anaların körpələrin baş beyinlərində o biri körpələrdən fərqli olaraq emosiyaları idarə edən sahələrdə kəskin böyümələr var.