Sağlam qidalanma diabetin qarşısını alır


Digərləri 16 Yan 2019 23:24:00 526 0

Sağlam qidalanma diabetin qarşısını alır

Dünya Səhiyyə Təşkilatı (DST) xatırladır ki, yediyimiz qidalar orqanizmimizin infeksiya və xəstəliklərə davam gətirmək qabiliyyətinə təsir göstərir. DST bol çeşidli qidalar yeməyi tövsiyə edir. İnsan orqanizmi görünməmiş mürəkkəb sistemdir. Onu bütün qidalı maddələrlə təmin etmək üçün rasionumuza çoxlu təzə və faydalı məhsullar daxil etməliyik.

DST ekspertləri hesab edirlər ki, sağlam qidalanma diabetin qarşısını alır. Son.az AZƏRTAC-a istinadən DST-nin praktiki məsləhətlərini oxuculara təklif edir.

Gündəlik rasiona əsas məhsulları - buğda, qarğıdalı, düyü, kartof, təzə meyvə-tərəvəz, ət, balıq, yumurta, süd, habelə mərci və lobya kimi paxlalıları daxil edin. Kəpəkli qarğıdalı, yulaf, buğda və düyüyə üstünlük verin, çünki onlar sellülozla zəngindir və toxluq hissini uzun müddət təmin edir.