Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib


Dünya 16 Yan 2019 23:05:00 427 0

Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib

Avropa İttifaqının Dələduzluqla Mübarizə İdarəsi (OLAF) Yunanıstanı 200 milyon avro dəyərində cərimələyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb çinli cinayətkarların Yunanıstanın Pirey limanı vasitəsilə çox ucuz malları idxal etməsi və ölkənin genişmiqyaslı vergi dələduzluğunun qarşısını ala bilməməsidir. Cinayətkarlar gətirdikləri ayaqqabıların və geyimlərin gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəmirdi.