Hər gün su içmək üçün


Digərləri 16 Yan 2019 23:09:00 539 0

Hər gün su içmək üçün

Su içmək deyəndə məhz SUyu nəzərədə tutmalıyıq - məsələn, qəhvə, çay, meyvə şirələri, meyvə içkilər və digər içkilər su demək deyil!

Buna əsasən, suyun planetdə heç bir digər içkilərində olmayan xüsusiyyətlərə malik olduğunu söyləyə bilərik.

1. Su kilo verməyinizə kömək edir

Son.az saglamolun.az-a istinadən bildirir ki, su artıq çəki ilə mübarizənin ən təsirli yollarından biridir. Bu da bir neçə səbəbdəndir:

- Hər şeydən əvvəl, suyu yuxarıda göstərilən şirələr, qəhvə, çaylar və s. kimi sevdiyimiz əvəzedicilərdən fərqli olaraq ən az kalorilidir.

- Su iştahı zəyiflədən bir vasitə sayılır. Yeri gəlmişkən, ac olduğunuz zaman, çox güman ki, yalnız su içmək istəyirsiz.

- Su həm gizli, həm də açıq-aydın şişkinliyi aradan qaldırmağa qadirdir.

2. Su ürək sağlamlığınıza faydalı təsir göstərir

Bədən üçün kifayət qədər su içmək bir insanın ürək çatışmamazlığının riskini azaldır.

Alimlərin bu sahədə araşdırmalarının nəticələrinə görə, gündə ən azı 6 stəkan su içən insanlarda su içməyən insanlarla müqayisədə infarkt riski 40% azdır.