Naringinin tumunu yeməyin!


Digərləri 16 Yan 2019 23:18:00 626 0

Naringinin tumunu yeməyin!

Naringi qış aylarının ən çox sevilən sitrus meyvələrindən biridir. Dadlı olduğu qədər də faydalı olan bu meyvə uşaqdan tutmuş böyüyə çoxlarının qida rasionunda yer alır. 

Naringinin tərkibi C başda olamaqla A, B vitaminləri, kalsium, potaş, lif, dəmir, fosfor ilə zəngindir.   Bu sitrus meyvəsi immuniteti gücləndirərək xərçəng risqini və iştahanı azaldır, qan təzyiqin normaya salır.

Son.az medicina.az-a istinadən bildirir ki, naringi meyvəsindən tam yararlanmaq üçün bir sıra məqamlara diqqət edilməlidir. Məsələn, məsaməli qabığı olan naringi digər sitrus meyvələri ilə müqayisədə daha tez su itirir və quruyur. Buna görə də onu alıdıqdan sonra 2-3 gün müddətində istifadə etmək lazımdır.  

Allergiyaya səbəb ola biləcəyi üçün istifadə edilən naringinin miqdarına diqqət yetirmək lazımdır.   Həmçinin tərkibində olan fruktoza qanda olan şəkərin miqdarını artıraraq diabet xəstələri üçün təhlükə yarada bilər.  

Naringini yeyərkən mütləq tumunu çıxarın çünki, apendisitin yaranmasına gətirib çıxara bilər.