Budapeşt miqrasiya əleyhinə ritorikanı gücləndirir


Dünya 16 Yan 2019 22:11:00 433 0

Budapeşt miqrasiya əleyhinə ritorikanı gücləndirir

Macarıstanın Baş naziri Viktor Orban miqrasiya əleyhinə ritorikanın üstünlük təşkil etdiyi növbəti bəyanat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, parlamentin iclasında çıxış edən Baş nazir onun ölkəsinin əsas məqsədinin Avropa Parlamentində, sonra isə Avropa Komissiyasında miqrasiya əleyhinə çoxluğun təmini olduğunu bildirib. "Miqrasiya və immiqrasiya Qərbi Avropa ölkələri üçün mədəniyyətlərinin mövcudluğu məsələsidir. Biz digərləri ilə yanaşı deyil, özümüz üçün yaşamaq istəyirik", -deyə V.Orban vurğulayıb.

Macarıstan hökumətinin rəhbəri etiraf edib ki, "miqrasiya tərəfdarlarının lideri" olan Fransa Prezidenti Emmanuel Makronla mübarizə aparmaq niyyətindədir.