Lombard sahibi 200 min manat pulu mənimsədi


Kriminal 16 Yan 2019 22:14:00 566 0

Lombard sahibi 200 min manat pulu mənimsədi

Tanınmış lombard sahibi olan qadın cəzasının azaldıması üçün Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan İsmayılova Dürrə Təvəkkül qızının məhkəmə prosesi yanvar ayının 19-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Cinayət işində 32 nəfər zərəçəkmiş qismində tanınıb. Xatırladaq ki, 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır. Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər. Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.