"Viber"də yeni funksiya istifadəyə verilib


Digərləri 16 Yan 2019 22:23:00 689 0

"Viber"də yeni funksiya istifadəyə verilib

"Viber" proqramının istifadəçiləri üçün qrup şəklində çatlarda (söhbətlərdə) və böyük qruplarda sorğu keçirmək üçün yeni funksiya yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sorğular real vaxtda aparılır. Bunun üçün messencerin qrup şəklində çatların istifadəçiləri və ya qrup idarəçiləri çatın ayarlarında "sorğu" düyməsini seçməlidir. "Sorğu"nun sualını daxil edib, mümkün 10 cavab variantı göstərmək lazımdır. Çatların istifadəçiləri və qrup üzvləri "like" düyməsini seçməklə sorğuda iştirak edə bilər. Sorğunun nəticələri hər səsvermədən sonra yenilənir və istifadəçilər üçün açıqdır.

Qrup şəklində çatların üzvləri hansı istifadəçinin sorğuda hansı varianta səs verdiyini görə bilər. Böyük qruplarda isə səsvermə anonimdir.