“Donuz qripi” azərbaycanlılar yaşayan əraziyə çatdı


Dünya 16 Yan 2019 21:41:00 384 0

“Donuz qripi” azərbaycanlılar yaşayan əraziyə çatdı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda "donuz qripi" adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

Son.az Report-a istinadən bildidir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.