117 kqa yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


Kriminal 16 Yan 2019 21:20:00 623 0

117 kqa yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN-dən Son.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 13 kiloqrama yaxın heroin, 7,2 kiloqram tiryək, 15,6 kiloqram həşiş və 81 kiloqramdan çox marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.