Bakıda quldurluq Parkda gənci ülgüclə hədələyib fotoaparatını almaq istədi
Kriminal 16 Yan 2019 21:26:00 692 0
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb.
Son.az ölkə.az-a istinadən bildirir ki, Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib.
Mənbə: milli.az