Di Mariadan Manchester United etirafı


İdman 16 Yan 2019 21:16:00 728 0

Di Mariadan Manchester United etirafı

PSG-nin yarımmüdafiəçisi Anxel di Maria Manchester United-də keçirdiyi günləri xatırlayıb.

Goal.az xəbər verir ki, futbolçu klubun keçmiş çalışdırıcısı Lui Van Qalla yola getmədiyini də etiraf edib. Argentinalı deyib: “Manchester United-də cəmi bir il oynadım. Karyeramın ən pis dövrü idi. Daha doğrusu, karyeramın ən gözəl illərini burada keçirməyə imkan vermədilər. Baş məşqçi ilə anlaşa bilmirdim. “Qırmızı şeytanlar”dan ayrılmaq istəmirdim. Məcburən bu addımı atdım. Xoşbəxtlikdən PSG-dən təklif aldım. Burada özümü göstərməyə imkan verildi”.

Di Maria 2014-də Real-dan Manchester United-ə keçib. Transfer 75 milyon avroya başa gəlib. Bir il sonra 63 milyon avro qarşılığında PSG-nin formasını geyinib.