Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər


Digərləri 16 Yan 2019 20:37:00 697 0

Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər

Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri açmaq imkanlarını qiymətləndirir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Ticarət nümayəndəsinin sözlərinə görə, hazırda təkliflərin istiqamətlənəcəyi bazarlar və tələbatlar öyrənilir: "Bu barədə danışmaq hələ tezdir. Lakin belə bir niyyət var və real imkanlar və zərurətlərlə müqayisə olunmalıdır. İndi Varşavadakı Ticarət Evi ilə bağlı çalışırıq. Paralel olaraq Xorvatiya, Çexiya və Almaniya bazarları öyrənilir".

N.Nağdəliyev bildirib ki, yanvarın 18-dən 27-dək Berlində keçiriləcək "Green Week 2019" Beynəlxalq sərgi-yarmarkasında Azərbaycan istehsallı məhsullar da təqdim olunacaq:

"Belə tədbirlərdə iştirak bizə öz məhsullarımızı təbliğ və təşviq etmək imkanı yaradır. Bizim məhsullarımızın üstünlüyü, əlbəttə ki, yüksək keyfiyyət və rəqabətli qiymətdir. Biz Avropa bazarlarında az təqdim olunan ixtisaslaşmış seqmentlərə də çıxa bilərik".