Adnan Oktarın əsas “kedicik”lərindən biri ifadə verdi


Digərləri 16 Yan 2019 20:04:00 670 0

Adnan Oktarın əsas “kedicik”lərindən biri ifadə verdi

Adnan Oktar qruplaşmasının əsas "kediciklər"indən sayılan Beril Koncagül ifadə verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 8 gün prokurorluqda ifadə verən Koncagül qruplaşma daxilində zorakılıq, məcburi tatu etdirmə və çirkli pulların yuyulması kimi cinayətləri danışıb.

Adnan Oktar istintaqı çərçivəsində həbs edilən Beril Bursa həbsxanasında peşman olduğunu bildirib və qruplaşma əleyhinə ifadə verməyə razılaşıb. 8 gün prokurorluqda ifadə verən "kedicik" sərbəst buraxılıb. Koncagülün ifadəsi 100 səhifədir və onun Adnana çox yaxın olan "bacılar qrupu"nun üzvü olduğu bildirilir. Beril ifadəsində qruplaşma daxilindəki oyunları bir-bir üzə çıxarıb.


Xəbərə aid fotolar