ABŞda üç uşaq soyuducuda öldü


Dünya 16 Yan 2019 20:09:00 398 0

ABŞda üç uşaq soyuducuda öldü

ABŞ-ın Florida ştatının Suvonni dairəsində üç azyaşlı faciəvi şəkildə ölüb. Altı yaşlı Doulton, onun bir yaşlı bacısı Keyli və adı hələlik açıqlanmayan dostları köhnə soyuducu kameraya düşərək  ölüblər. Qurğu şəbəkəyə qoşulmayıb və evin qarşısında olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, uşaqlar həyətdə oynayan zaman yaxınlıqda soyuducu aşkarlayıblar. Oynamaq üçün onlar soyuducunun içinə girib. Qurğunun qapısını içəridən aça bilmədiklərinə görə boğularaq ölüblər.

Uşaqlara baxmalı olan dayə onları həyətdə tapa bilməyincə axtarışa başlayıb. O, xeyli müddətdən sonra soyuducunu yoxlamaq qərarına gəlib. Aşkarladığı uşaqların heç biri nəfəs almayıb. Azyaşlılara ilkin yardım göstərməyə çalışsa da,  bunun faydası olmayıb.