XİN: "Azərbaycan və Ermənistan nazirləri arasında danışıqlar gələn ay davam etdiriləcək"


Siyasət 16 Yan 2019 19:01:00 647 0

XİN: "Azərbaycan və Ermənistan nazirləri arasında danışıqlar gələn ay davam etdiriləcək"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.

Son.az bildirir ki, bu barədə AR XİN-nin Mətbuat xidmətinin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bu ilin 16 yanvar tarixində Parisdə keçirilmiş görüş ilə bağlı şərhində deyilir.

Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.