Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq (FOTO)


Digərləri 16 Yan 2019 18:38:50 649 0

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq (FOTO)

Üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalayıb.

Bakı. “Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti - ETI-Holidays (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalayıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur.