“Qorxutmaq məqsədi ilə çıxardım” Paytaxt sakinini kürəyindən bıçaqlayan şəxs


Kriminal 16 Yan 2019 18:29:00 675 0

“Qorxutmaq məqsədi ilə çıxardım”  Paytaxt sakinini kürəyindən bıçaqlayan şəxs

Bakının Nizami rayonu Kamil Balakişiyev küçəsində paytaxt sakini İbrahim Fətdayev naməlum şəxs tərəfindən kürək nahiyyəsindən bıçaqlanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Elxan Həsənov - saxlanılan şəxs: "Pilləkənin ağzında dayandım. Bunlar məni dartışdıranda qorxutmaq məqsədi ilə bıçağı çıxartdım ki, məni buraxsınlar. Bu an arxadan boyun nahiyəmə yumruq dəydi, həmin an bıçaq ona dəyib, amma mən bilməmişəm".


Xəbərə aid fotolar