Həbsxana yeməyindən imtina etdi, internetdən sifariş verir


İdman 16 Yan 2019 18:29:00 503 0

Həbsxana yeməyindən imtina etdi, internetdən sifariş verir

Xuliqanlığa görə həbs edilən Zenit-in futbolçusu Aleksandr Kokorin həbsxanada verilən yeməklərdən imtina edib.

Goal.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Svetlana Meteqino məlumat verib. O bildirib ki, Kokorin internet vasitəsilə yemək sifariş edir:

"Aleksandr yaxşı qidalanır. Valideynləri ona nəsə göndərirlər. Özü də internet-maqazin vasitəsilə yeməklər sifariş edir. Hətta mənə elə gəlir ki, Kokorin bir qədər kökəlib. Təzə həbs ediləndə bir qədər fərqli idi. Bu o demək deyil ki, həbsxanada pis yemək verirlər. Amma bütün hallarda bu qidanı qəbul etmək istəkdən asılıdır. Kokorin də öz istəyinə uyğun qidalanır”.

Kokorin və Krasnodar-ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün ötən ilin oktyabrında həbs olunublar. Onlar minimum fevralın 8-nə qədər həbsdə qalacaqlar.