Bu nazirlikdə də operativ qərargah yaradıldı


Digərləri 16 Yan 2019 18:07:00 684 0

Bu nazirlikdə də operativ qərargah yaradıldı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, R.Quluzadənin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.